[b]Təhlükədə olanlar[/b]
28.07.2015 - 14:34
[b]Təhlükədə olanlar[/b]

Avropa Liqasının çıxış edən Azərbaycan klublarının 3 futbolçusu III təsnifat mərhələsinin cavab oyununu buraxmaq təhlükəsi ilə üz-üzədi. Apasport.az saytının məlumatına görə, ilk iki təsnifat mərhələsində hərəyə 2 dəfə sarı vərəqə alan Zurab Xizanaşvili, Rafael Santos və Cavid Hüseynov iyulun 30-da baş tutacaq ilk qarşılaşmada cəzalı duruma düşə bilər.

 

“İnter”in gürcüstanlı legioneri İspaniya “Atletik”i ilə Bilbaodakı görüşdə xəbərdarlıq alsa, avqustun 6-dakı cavab oyununda komandasına kömək edə bilməyəcək. Bu üzdən 33 yaşlı Zurab ilk qarşılaşmada ehtiyatlı davranmalıdı.

 

“Qəbələ” Kiprin “Apollon” klubu ilə Larnakadakı görüşündə daha ağır zərbə ala bilər. Komandanın kapitanı Cavid Hüseynovla mərkəz müdafiəçisi Rafael Santos əvvəlki 4 oyunda hərəyə 2 xəbərdarlıq alıb. Onların səfər matçında cəzalanması “Bakcell Arena”dakı cavab oyununda meydana çıxmamaqları ilə nəticələnəcək.

 

Qeyd edək ki, avrokuboklardakı digər təmsilçimiz “Qarabağ”ın heyətində cəzalı duruma düşmək təhlükəsi olan futbolçu yoxdu.

0