[b]Hər yerdə ikinci[/b]
28.07.2015 - 15:33
[b]Hər yerdə ikinci[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la Kiprdə keçiriləcək ilk oyunu “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi avrokuboklarda 50-ci matçına çıxacaq.

 

Bütün görüşlərini Azərbaycan klublarının heyətində keçirən Sadiqov həm futbolçularımız, həm də klublarımızda çıxış edən oyunçular arasında ikincidi.

 

Azərbaycanlı futbolçular arasında mütləq rekorda malik Rəşad Sadıqovun hesabında 61 qarşılaşma var. O, həm də Azərbaycan klublarının heyətində çıxış edənlər arasında ən yaxşı göstəriciyə malikdi – 56 oyun. Sadiqov isə adaşının ən yaxın izləyicisidi.

 

Avrokuboklarda 2004-cü il iyulun 13-də debüt edən yubilyar “Neftçi”nin heyətində Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə oyunda meydana çıxıb. İndiyədək 49 matç keçirən yarımmüdafiəçi “Neftçi”də 26, “Qarabağ”da 19, “Qəbələ”də 4 görüşün iştirakçısı olub.

 

Bu oyunlardan 11-i Çempionlar Liqası, 33-ü Avropa Liqası, 5-i İntertoto kuboku çərçivəsində baş tutub.

 

Sadiqov Azərbaycan klublarında avrokuboklarda ən çox qol vuranlar arasında da 2-cidi. Yalnız Reynaldodan 1 qol geri qalan yarımmüdafiəçi 7 dəfə fərqlənib. “Neftçi”də 4, “Qarabağ”da 3 dəfə rəqib qapısına yol tapan Rəşad Çempionlar Liqasında 1, Avropa Liqasında 4, İntertoto kubokunda 2 qola sevinib.

 

Qeyd edək ki, “Apollon” – “Qəbələ” oyunu iyulun 30-da Larnakada keçiriləcək.

0