“İnter”də 10 yubiley
28.07.2015 - 17:26
“İnter”də 10 yubiley

Avropa Liqasının III təsnifat mərhələsinin “Atletik”lə İspaniyadakı oyunu Bakı “İnter”inin futbolçuları üçün yubileylərlə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 5 futbolçusu Bilbaodakı qarşılaşmada yubiley matçına çıxa bilər.

 

Bu oyunçuların hər biri ikiqat yubiley qeyd edə bilər. Bu da onunla bağlıdı ki, onların hamısı avrokuboklarda yalnız Avropa Liqasında çıxış ediblər.

 

Bu üzdən də yubiley hər iki göstəricidə qeydə alınacaq. Stepan Polyak 10-cu, Mirsahib Abbasov, Abbas Hüseynov, Xuan Fransisko və Səlahət Ağayev 5-ci avrokubok, eyni zamanda Avroliqa matçında meydana çıxmaq imkanı qazanacaq.

 

Qeyd edək ki, “İnter”in üzvləri arasında ən böyük avrokubok təcrübəsi Zurab Xizanişvilidədi. O, 26 avrokubok matçında iştirak edib.

0