Baş məşqçi jurnalistə əl qaldırdı, komandadan qovuldu
29.07.2015 - 00:45
Baş məşqçi jurnalistə əl qaldırdı, komandadan qovuldu

Meksika millisinə CONCACAF kubokunu qazandıran baş məşqçi Migel Errera vəzifəsindən uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçinin istefaya göndərilməsinə səbəb jurnalist Kristiana Martinoliyə əl qaldırması olub.

 

Meksika Futbol Federasiyasının baş katibi Desio de Mariya açıqlamasında buna belə şərh verib:

 

“Karyerası ərzində yığma komandayla uğurlar əldə etməsinə baxmayaraq baş məşqçiylə yolları ayırdıq.  Onun jurnalistə əl qaldrıması yol verilməz idi. Errera başa düşməliydi ki, jurnalist istənilən halda haqlıdır. Əgər idman yazarı komandanı tənqid edirsə, deməli nəsə problem var. Baxmayaraq ki, Meksika yığması ABŞ-da kubok qazanıb. Jurnalistə əl qaldıran və onu hədələyən mütəxəssisin yığma komandaya başçılıq etməsi ədalətsizlik olardı. Migel Errera bağışlanmaz səhvə yol verib və buna görə də vəzifəsindən azad olunub”

0