[b]“Bunun bəhrəsini çempionatda görəcəyik”[/b] – Şəhriyar Əliyev
29.07.2015 - 19:45
[b]“Bunun bəhrəsini çempionatda görəcəyik”[/b] – Şəhriyar Əliyev

“Bakıda komandanın fiziki durumunu yüksəltdik, Türkiyədə isə taktiki hazırlıq üzərində işlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib.

 

Gəncə klubunun üzvü komandasının Türkiyədə keçirdiyi hazırlıq mərhələsini dəyərləndirib:

 

“Üç yoxlama oyunu keçirdik. Bu da futbolçuların bir-birinə uyğunlaşmasına yardımçı oldu. Türkiyədə komanda demək olar ki, formalaşdı. Qardaş ölkədə keçirdiyimiz hazırlığın böyük xeyri dəyəcək. Mən şəxsən belə fikirləşirəm. Bunun bəhrəsini çempionatda mütləq görəcəyik”.

 

“Kəpəz”ə “Qarabağ”dan icarəyə verilən futbolçu sabiq klubunu da xatırlayıb:

 

“Ağdam klubunun futbolçuları uzun illərdi bir yerdə çıxış edirlər. Hazırda daha yaxşı oyun sərgiləyirlər, oyunçular bir-biriləri ilə əla anlaşırlar. Bizə də özümüzü göstərmək üçün zaman lazımdı. Yeni komandayıq, hazırlaşmaq üçün vaxtımız azdı. Ərzurumda həm biz futbolçular, həm də məşqçilər qısa vaxtdan lazımınca istifadə etdik. İnşallah, Türkiyə toplanışında səmərəli çalışmağımızın komandaya müsbət təsirini görəcəksiz”.

0