[b]“Hesab o qədər də önəmli deyil”[/b] – “Atletik”in baş məşqçisi
29.07.2015 - 22:36
[b]“Hesab o qədər də önəmli deyil”[/b] – “Atletik”in baş məşqçisi

“Rəqibin son oyunlarını görmüşük. Ötən ilki vəziyyətlərini də bilirik. Komanda ciddi heyət dəyişikliyi keçirib. Yeni oyunçular gəlib, ancaq buna baxmayaraq iki mərhələ keçmiş bir komandaya zəif deyə bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletik”in baş məşqçisi Ernesto Valverde deyib.

 

UEFA Avropa Liqası III tur ilk matçında “İnter”lə qarşılaşacaq ispan klubunun baş məşqçisi oyundan öncə mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.

 

Cütün favoriti olduqlarını deyən ispan mütəxəssis buna baxmayaraq futbolda hər şeyin ola biləcəyini bildirib:

 

“Təcrübəli olduğumuz üçün cütün favoriti biz hesab olunuruq, ancaq oyunda hər şey ola bilər. Doğma publika qarşısında səhv etməyə haqqımız yoxdu. Mütləq qalib gəlməliyik. Rəqib oyunçular haqqında xüsusi məlumatlarım yoxdu. Sadəcə legionerlərin çox olduğunu bilirəm. Hesab o qədər də önəmli deyil, əsas odur ki, cavab oyunu üçün Bakıya rahat gedə bilək. Çünki, orda bizi nə gözlədiyini bilmirik”.

0