“Topaz” “İnter” və “Qəbələ”nin şanslarını açıqladı
30.07.2015 - 11:59
“Topaz” “İnter” və “Qəbələ”nin şanslarını açıqladı

“Topaz” Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçlarının əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Azərbaycanın “İnter” və “Qəbələ” klublarının da görüşlərinə pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” Bilbaoda “Atletik”in qonağı olacaq “İnter”i çətin sınaq gözlədiyini proqnozlaşdırır. Bunun üçün İspaniya təmsilçisinin qələbəsi 1,10 əmsalla qiymətləndirildiyi halda Bakı klubunun qalib gəlməsinə 11,00 əmsal verilib. Görüşdə heç-heçə 6,50 əmsaldı.

 

“Apollon” (Kipr) – “Qəbələ” duelində də ev sahibləri şanslı göstərilib. Qarşılaşmada kiprlilərin qələbəsi 1,55, məğlubiyyəti 5,00 əmsalla qiymətləndirilib. Oyunda “sülh” proqnozlaşdıranlar qazanclarını 3,30 dəfə artıraq bilərlər.

 

Qeyd edək ki, hər 2 oyun bu gün baş tutacaq. 

0