[b]“Cavab oyunu tamam fərqli olacaq”[/b] – Zaur Svanadze
31.07.2015 - 01:28
[b]“Cavab oyunu tamam fərqli olacaq”[/b] – Zaur Svanadze

“Atletik” layiqli qələbə qazandı. Biz gösətrdik ki, oynaya bilirik, ancaq rəqib çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

UEFA Avropa Liqası III tur ilk oyununda “Atletik”lə qarşılaşan (0:2) Bakı klubunun baş məşqçisi oyun haqqında fikirlərini bildirib:

 

“Növbəti mərhələyə adlamaq çox çətin tapşırıqdı. Bəzi oyunçularım ilk dəfə belə atmosferdə oynayırdılar. Ancaq özlərini də yaxşı tərəfdən göstərə bildilər. İkinci oyun tamam fərqli olacaq. Cavab oyununda bizim bəzi üstünlüklərimiz olacağını düşünürəm. Azərbaycanda hava çox istidir və biz süni meydanda oynayırıq. Bütün bunlar oyunun gedişatına təsir edəcək”.

0