[b]Kamran Ağayevlə “Karşıyaka” arasında pul problemi[/b]
31.07.2015 - 09:46
[b]Kamran Ağayevlə “Karşıyaka” arasında pul problemi[/b]

Yeni klubu “Karşıyaka”nı tərk etmək istəyən Kamran Ağayevin problemi həll olunub. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maddi məsələyə görə İzmir klubundan ayrılmağa hazırlaşan qolkiperin Azərbaycana qayıtması son anda əngəllənib.

 

Məsələ burasındadı ki, “Karşıyaka” rəhbərliyi Kamrana verməli olduğu nağd pulu gecikdirib. Bundan narazı qalan Ağayev isə komandanı tərk etmək istəyib. Lakin rəhbərlik dərhal müdaxilə edərək, millimizin üzvünün pulunu ödəyib.

 

Ərzurum və Bolu toplanışlarını başa çatdıraraq, hazırlığını Gölcükdə davam etdirən “Karşıyaka” Kamranla yanaşı, nağd pul verməli olduğu digər futbolçuları da sevindirib. Komandanın daha bir yeni transferi Gökhan Ünala isə ödənilməli olan məbləğ bu gün veriləcək.

 

Bundan sonra Ağayev fikrini dəyişərək, komandada qalmağa qərar verib.

 

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını Türkiyənin digər klubu “Kayserispor”da keçirən Kamran “Karşıyaka”ya bu yay keçib.

 

0