[b]Avropa Liqasında “40”a çatdıq[/b]
31.07.2015 - 12:45
[b]Avropa Liqasında “40”a çatdıq[/b]

Azərbaycan klubları Avropa Liqasında yubileyə imza atıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin Kiprdəki heç-heçəsi (1:1) təmsilçilərimizin qitənin ikinci dərəcəli klub turnirində ümumilikdə 40-cı bərabərliyi olub.  

 

Əvvəl UEFA kuboku adlanan yarışda 1994-cü ildə debüt edən komandalarımız indiyədək bu turnirdə 146 matç keçirib. Bunların 40-da “sülh”lə kifayətlənən klublarımız 38 dəfə qələbə qazanıb, 68 dəfə məğlub olub.  

 

2009-cu ildən Avropa Liqası kimi tanınan turnirdəki 21 illik çıxışı ərzində Azərbaycan komandaları 133 qol vurub, öz qapısından 231 top buraxıb. 

0