[b]“İnter” mübarizəni dayandırdı?[/b]
31.07.2015 - 16:24
[b]“İnter” mübarizəni dayandırdı?[/b]

Avropa Liqasının III təsnifat mərhələsində çıxış edən Bakının “İnter” klubu Azərbaycan futbolunda ilkə imza atmaq arzusundadı. Apasport.az saytının məlumatına görə, indiyədək avrokuboklar tarixində heç bir təmsilçimiz ilk oyunda səfərdə aldığı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib.

 

Bilbaoda keçirilən ilk qarşılaşmada İspaniya “Atletik”indən 2 cavabsız qol buraxan “İnter”ə qədər 3 komandamız evdəki cavab oyununa revanş arzusu ilə çıxıb. Onlardan ikisi – “Bakı” və elə “İnter”in özü ev oyununda qalib gəlməyi bacarıb. Lakin minimal hesablı qələbə mərhələ adlamağa kifayət etməyib.

 

Digər iki komandamız isə cavab oyununda da uduzub. Bunlar “Şəmkir” və “Xəzər Lənkəran”dı.

 

0:2-nin qisasını almağa 2-ci dəfə cəhd edəcək “İnter” avqustun 6-da “İnter Arena”da azarkeşlərini sevindirməyə çalışacaq. Paytaxt təmsilçisi mərhələ adlamaq, bunu bacarmasa, UEFA reytinqinə xal gətirmək üçün mübarizə aparacaq.

 

mövsüm

turnir

cüt

ilk oyun

cavab oyunu

2001/02

ÇL

Barri Taun (Uels) – Şəmkir

2:0

1:0

2006/07

ÇL

Sioni (Gürcüstan) – Bakı

2:0

0:1

2013/14

AL

Makkabi (Hayfa, İsrail) – Xəzər Lənkəran

2:0

8:0

2013/14

AL

Tromse (Norveç) - İnter

2:0

0:1

ÇL – Çempionlar Liqası, AL – Avropa Liqası

 

0