“Sumqayıt”dan daha bir rəsmi transfer - FOTO
31.07.2015 - 16:31
“Sumqayıt”dan daha bir rəsmi transfer - FOTO

Premyer Liqada 2015/16 mövsümünə hazırlığını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. Apasport.az saytı xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Ayaz Mehdiyevlə müqavilə imzalayıb.

 

Ötən mövsümü Türkiyə klubu “Girəsunspor”da keçirən 22 yaşlı yarımmüdafiəçi əvvəlcə AZAL-la anlaşmışdı. Lakin “təyyarəçilər”də baş qaldıran maliyyə problemi Mehdiyevin ordan debüt etmədən ayrılmasına səbəb olub. Yeni komandası “Sumqayıt”la bu gün 2 illik müqaviləyə qol çəkən Ayaz burda 25 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “Sumqayıt” bundan öncə Ağabala Ramazanov, Nuran Qurbanov, Tərlan Əhmədli, Emin Mehdiyev və Elnur Abdulovu transfer edib.

0