[b]“Apollon” Bakıya 41 nəfərlə gəlir[/b]
04.08.2015 - 15:37
[b]“Apollon” Bakıya 41 nəfərlə gəlir[/b]

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Apollon” Azərbaycana gətirəcəyi heyəti açıqlayıb. Apasport.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında “Qəbələ”nin qonağı olacaq Limassol klubu Bakıya itkilərlə gəlir.

 

Komanda sabah 22 futbolçu ilə yola düşəcək. Baş məşqçi Pedro Emanuel müxtəlif səbəblərdən müdafiəçi Kristos Antoniu, yarımmüdafiəçilər Alastair Reynolds, Luka Stoyanoviç, hücumçular Türam, Yoannis Pittas və Todoros Yosefidesin xidmətindən yararlana bilməyəcək.

 

Ümumilikdə “Apollon” geniş heyətlə səfərə hazırlaşır. Belə ki, rəhbərlik, məşqçi və futbolçu heyəti, eyni zamanda klubun işçiləri ilə birlikdə “Apollon” paytaxtımıza 41 nəfərlə gələcək.

 

Komandanın futbolçu heyəti belədi:

Qapıçılar: 83. Bruno Vale, 23. İsli Hidi, 31. Mixalis Fani

Müdafiəçilər: 2. Elizio Silva, 3. Nuno Lopes, 4. Leandro Freyre, 14. Jeymi Simoes, 16. George Merkis, 27. Angelis Angeli, 28. Stilianos Stilianu, 42. Kristos Veler

Yarımmüdafiəçilər: 5. Esteban Sakketti, 6. Markos Qullon, 7. Rojerio Konseysao, 8. Farli Rosa, 10. Aleks da Silva, 17. Joao Pedro, 26. Fotis Papulis, 28. Marios Stilianu, 88. George Vassiliu

Hücumçular: 19. İbrahim Qneki Quye, 29. Georgios Kolokudias

 

Qeyd edək ki, “Qəbələ” – “Apollon” oyunu avqustun 6-da keçiriləcək. Bu komandalar arasında Kiprdə baş tutan ilk görüş 1:1 hesabı ilə nəticələnib.

0