[b]Meza Kolli də "Qəbələ"yə keçir?![/b]
31.08.2015 - 15:51
[b]Meza Kolli də "Qəbələ"yə keçir?![/b]

Vaqif Cavadovu heyətinə qatan “Qəbələ” gün ərzində daha 2 futbolçunun keçidini həll edə bilər. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın danışıq apardığı oyunçulardan birinin adı məlumdu.

 

Bu, ötən mövsüm Bakı “İnter”inin əsas heyət üzvlərindən olan Derlis Meza Kollidi. “Qəbələ” rəhbərliyi bu günün sonuna kimi onunla da münasibətləri rəsmiləşdirmək niyyətindədi.

 

Məlumatı apasport.az saytına açıqlamasında klubun vitse-prezidenti Fariz Nəcəfov da təsdiqləyib: “Bəli, Meza Kolli də heyətimizə qatmaq istədiyimiz futbolçudu. Onunla danışıqlar gedir. Ümumiyyətlə, günün sonuna qədər daha 2 oyunçunun keçidini rəsmiləşdirə bilərik”.

 

Meza Kollini heyətinə qatmaq üzrə olan “Qəbələ” Julius Vobaydan imtina edib. Nəcəfovun sözlərinə görə, “Neftçi”nin keçmiş yarımmüdafiəçisinin adı “qırmızı-qaralar”ın transfer siyahısında yoxdu: “Vobayla maraqlanmırıq. Onun “Qəbələ”yə keçidi gündəmdə deyil”.    

0