“Krasnodar”da özbəkistanlı kapitan
02.09.2015 - 12:20
“Krasnodar”da özbəkistanlı kapitan

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar”ın futbolçusu Odil Əhmədov kapitan seçilib. Apasport.az saytı xəbər verir ki, ona Rusiya klubunda deyil, Özbəkistan yığmasında kapitanlıq sarğısını tapşırıblar.

 

Əhmədovun klubundakı və millidəki çıxışını nəzərə alan məşqçilər korpusu kapitanlığa ən layiqli futbolçu onu hesab edib. Yığmada 70 oyun keçirən 27 yaşlı yarımmüdafiəçi isə ona edilən təklifdən imtina etməyib.

 

“Krasnodar”ın futbolçusu kapitan sarğısında Özbəkistan millisini ilk dəfə Yəmənlə oyuna çıxaracaq.

 

 

0