“Azərbaycanda oynamaq yeni təcrübə, yeni çağırışdı” - FOTO
02.09.2015 - 12:30
“Azərbaycanda oynamaq yeni təcrübə, yeni çağırışdı” - FOTO

Almaniya millisinin voleybolçusu Berit Kauffeldt Bakının “Lokomotiv” klubuna keçidinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı blokçunun Super Liqanın gümüş medalçısını seçməsində əsas rolu komandanın Çempionlar Liqasında çıxış etməsi oynayıb.

 

Kauffeldtin sözlərinə görə, “Lokomotiv”ə transfer olunması gələcəyə də hesablanıb: “Bakı klubu ilə 1 illik müqavilə bağladığım üçün çox sevincliyəm. Bu komanda Avropanın top-klublarındandı. Çempionlar Liqasında oynayacağıq və bizi bu görüşlərə Fransua Salvaqninin rəhbərlik edəcəyi peşəkar məşqçilər korpusu hazırlayacaq. Məqsədimiz uğurlu çıxış olacaq. İstər Super Liqada, istərsə də Çempionlar Liqasında. Fikrimcə, Azərbaycanda oynamaq yeni təcrübə, yeni çağrışdı”.

 

Qeyd edək ki, Kauffeldt “Lokomotiv”ə Polşa “İmpel”indən transfer olunub. 

0