[b]“Prosineçkiyə uğurlar arzulayıram, amma bizimlə oyunda yox”[/b]
02.09.2015 - 16:10
[b]“Prosineçkiyə uğurlar arzulayıram, amma bizimlə oyunda yox”[/b]

“Azərbaycan və Norveçlə oyunlarda hədəfimiz 6 xaldı. Həmişəki kimi, meydana qələbə üçün çıxacağıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının futbolçusu Mateo Kovaçiç deyib.

 

Xorvatlar Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah millimizlə, sentyabrın 6-da isə Norveç yığması ilə üz-üzə gələcəklər.

 

Bu görüşlərlə bağlı fikirlərini bölüşən Kovaçiç iddialı danışıb. Madrid “Real”ının yeni transferi Robert Prosineçkini də yada salıb: “Hər iki oyunun çətin keçəcəyini bilirik. Ancaq şübhəm yoxdu ki, qələbə üçün əlimizdən gələni edəcəyik. İndiki məqamda bizim üçün Azərbaycanla oyun daha önəmlidi. İlk növbədə, bu matçı düşünürük. Azərbaycanla qarşılaşdıqdan sonra Norveçlə görüş barədə düşünmək olar. Robert Prosineçkinin Azərbaycan yığmasındakı işini görürük. Ona uğurlar arzulayıram, amma bizimlə oyunda yox”.

 

Kovaçiç “Real”a transfer olunduqdan sonra üzərindəki məsuliyyətin bir qədər də artdığını bildirib: “Real” möhtəşəm klubdu. Ora transfer olunduqdan sonra azarkeşlər məndən daha yaxşı oyun gözləyirlər. Mən də bu məsuliyyəti dərk edirəm. Əlimdən gələni edəcəm ki, Xorvatiya millisi növbəti 2 görüşdə xal itkisi ilə üzləşməsin”. 

0