[b]Rekordçu və debütantlar...[/b]
02.10.2015 - 23:01
[b]Rekordçu və debütantlar...[/b]

Azərbaycan millisinin dünən açıqlanan heyətində yer alan 21 futbolçudan 17-si indiyədək yığmanın formasını geyib. Apasport.az saytının məlumatına görə, bir neçə dəfə komandamızın toplanışına dəvət alan 4 oyunçu isə hələ rəsmi matçlarda debüt etməyib.

 

Debütünü gözləyənlər Aqil Məmmədov, Elnur Cəfərov, Pavel Paşayev və Rəhman Hacıyevdi. Onlar oktyabrın 10-da İtaliya ilə Bakıda, 3 gün sonra Bolqarıstanla Sofiyada baş tutacaq qarşılaşmalara ilk gözü ilə baxır.

 

Daha bir ilk isə Rəşad Sadıqovun adı ilə bağlı olacaq. Yığmamızın tarixində ən çox – 99 qarşılaşmaya çıxan 33 yaşlı müdafiəçi 100-cü matçına çıxacaq.  Millimizin kapitanı bunu bacaran ilk futbolçumuz kimi tarixə düşəcək.

 

1992-ci ildə yaranan yığmamızın 23 illik tarixində 100-ü fəth edən olmamışdı. Düzdü, UEFA və digər qurumların hesablamalarında Sadıqovun oyun sayı fərqli göstərilir. Lakin ölkəmizdə yığmanın 216 görüşə çıxması qəbul olunub və Rəşad bunların 99-da forma geyib.

 

“Qarabağ”da da Sadıqovun komanda yoldaşı olan Əfran İsmayılov da meydana çıxacağı ilk görüşdə yubiley qeyd edəcək. Növbəti matç yarımmüdafiəçi üçün millidə 25-ci olacaq.

 

“21-liy”in millidəki oyun və qol göstəriciləri

 

futbolçu

oyun

qol

Rəşad Sadıqov

99

4

Kamran Ağayev

56

-86

Rahid Əmirquliyev

45

3

Ruslan Abışov

45

4

Maksim Medvedev

30

0

Rəşad Sadiqov

25

01

Əfran İsmayılov

24

1

Bədavi Hüseynov

21

0

Qara Qarayev

18

0

Dmitri Nazarov

12

3

Arif Daşdəmirov

7

0

Ruslan Qurbanov

5

0

Anar Nəzirov

3

-2

Tərlan Quliyev

2

0

Eddi İsrafilov

2

0

Tuğrul Erat

2

0

Cavid Tağıyev

1

0

Aqil Məmmədov

0

0

Elnur Cəfərov

0

0

Pavel Paşayev

0

0

Rəhman Hacıyev

0

0

 

 

0