Bülənt Karslıoğu komandası ilə Sloveniyaya gedir
03.10.2015 - 15:33
Bülənt Karslıoğu komandası ilə Sloveniyaya gedir

Yeni mövsümün hazırlıqlarına Bakıda start verən “Azərreyl” Sloveniyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, Maribora gedəcək komanda burada 1 həftəlik təlim-məşq toplanışı keçəcək.

 

“Dəmiryolçular” səfərə oktyabrın 8-də yola düşməyi planlaşdırırlar. Bülənt Karslıoğunun yetirmələri Sloveniya hazırlığı çərçivəsində yoxlama matçı da keçirməyi planlaşdırır.

 

Komandanın ölkə xaricinə yollanmasında əsas məqsəd mövsümə daha yaxşı hazırlaşmaq və Super Liqa ilə Çempionlar Liqasında adına layiq çıxış etməkdi.

0