[b]“Bizdə yaxşı oynayıb, qələbə qazanmamaq qorxusu yaranıb” – Şahin Diniyev[/b]
04.10.2015 - 18:24
[b]“Bizdə yaxşı oynayıb, qələbə qazanmamaq qorxusu  yaranıb” – Şahin Diniyev[/b]

“Həqiqətən də oyun bizim üçün çətin oldu. Bir müddətdir ki, yaxşı oynayıb qələbə qazanmamaq qorxusu  yaranıb. Eyni zamanda, azarkeşlər qarşısında oynayırdıq. Düşünürəm ki, ilk qoldan sonra komandam daha yaxşı futbol sərgilədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində öz meydanında “Sumqayıt”la qarşılaşan gəncəlilərin baş məşqçisi 3:1 hesablı qalibiyyət haqqında fikirlərini bölüşüb:

 

“Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi. Ebah oyuna daxil olduqdan sonra ona iki müdafiəçi təhkim olundu. Elə olan halda, yarımmüdafiəçilər üçün geniş sahə yarandı. Hazırda mənim əlimdə 3 hücumçu var ki, onlar hər bir an istənilən oyunun taleyini həll edə bilərlər. Juninyonun formasını bərpa etməsi də sevindirici məqamdır. Biz 3 xal qazanmağa layiq futbol sərgilədik. Nəticənin ədalətli olduğunu düşünməklə yanaşı, “Sumqayıt”a da uğurlar arzu edirəm. Qələbədə hər bir oyunçunun payı var. İki qol vuran Juninyo isə digərlərini faiz nisbəti ilə üstələyir”.

0