[b]Dodo tarixə düşdü, düşmədi?[/b]
04.10.2015 - 21:10
[b]Dodo tarixə düşdü, düşmədi?[/b]

Bu gün keçirilən Topaz Premyer Liqasının VII turu Dodonun 8-ci saniyə qolu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin braziliyalı futbolçusu “Xəzər Lənkəran”la qarşılaşmanın 1-ci dəqiqəsində fərqlənməklə hamının diqqətini çəkib.

 

Çünki bu top 8-ci saniyədə vurulub. Bu üzdən qolun 1992-ci ildən təşkil olunan ölkə çempionatlarının tarixində ən erkən top olub-olmaması sualı yaradıb. Lakin bu sualın cavabını tapmaq mümkünsüzdü. Çünki rəsmi sənəd olan protokollarda saniyə əks olunmur.

 

Əgər bu top futzal və hokkeydə vurulsaydı, nəsə söyləmək olardı. Futbol protokollarında isə qol 1-ci dəqiqə kimi tarixə düşüb. Ölkə çempionatları tarixində təxminən 100-ə yaxın belə qol vurulub. Hər mövsümdə təsadüf olunan bu hallarda hansı topun neçənci saniyədə vurulması isə rəsmi protokollara əsasən mümkünsüzdü. Bunu yalnız bütün 1-ci dəqiqə qollarının videolarına əsasən söyləmək mümkün olardı.

 

Lakin ötən əsrin 90-cı illərindəki 1-ci qolda vurulan bütün qolların videolarını izləməklə saniyəni müəyyənləşdirmək mümkünsüzdü. Bu üzdən Dodonun tarixə düşüb-düşməməsi ilə bağlı konkret nəsə söyləmək olmaz.

 

Sadəcə 2 fakt dəqiqdi. Dodo mövsümün 1-ci dəqiqədə vurulan yeganə qolunun - ən erkən toplunun müəllifidi.

 

O, ölkə çempionatları tarixinin ən erkən (1-ci dəqiqədə vurulan 100-ə yaxın) qoldan birinin müəllifi olub.

0