Dmitri Nazarovun komandası lideri büdrətdi
05.10.2015 - 08:54
Dmitri Nazarovun komandası lideri büdrətdi

Yığmamızın futbolçusu Dmitri Nazarov Almaniyada növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin formasını geyindiyi “Karlsrue” II Bundesliqanın X turunda lider “Frayburq”u qəbul edib.

 

Meydançaya start heyətində daxil olan Nazarov 81 dəqiqə mübarizə aparıb. Məhz həmin dəqiqədə o, Mohamed Quayda ilə əvəzlənib. Qollar isə qarşılaşmanın son dəqiqələrində vurulub. 89-cu dəqiqədə Nils Petersen qonaqları önə keçirsə də, 90+1-ci dəqiqədə Vadim Manzonun qolu sayəsində “Karlsrue” 1 xal qazanıb.

 

Bu nəticədən sonra Dmitri Nazarovun komandası 9 xalla 14-cü pillədə qərarlaşıb. “Frayburq” isə liderliyi əldən verib.

 

Qeyd edək ki, Dmitri Nazarov oktyabrın 10-da İtaliya, 13-də isə Bolqarıstanla keçiriləcək oyunlar üçün yığmamıza dəvət alıb.

0