[b]“Xəzər Lənkəran”ın böyük hesablı məğlubiyyətləri[/b]
05.10.2015 - 12:23
[b]“Xəzər Lənkəran”ın böyük hesablı məğlubiyyətləri[/b]

Topaz Premyer Liqasının VII turu “Xəzər Lənkəran”ın tarixində 13-cü dəfə böyük hesabla uduzması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2004-cü ildə yaranan komanda “Qəbələ” ilə səfər matçınadək 12 dəfə 3 və ya daha çox top fərqilə uduzmuşdu.

 

2 dəfə avrokuboklarda, 3 dəfə ölkə kubokunda böyük hesabla yenilən cənublular 8-ci dəfə Premyer Liqada ağır yenilgiyə üzülüb.

 

Əvvəlki 12 məğlubiyyətindən 10-u üç, 1-i beş, 1-i səkkiz top fərqilə olan “Xəzər Lənkəran” “Qəbələ”dən 6 cavabsız qol buraxmaqla tarixinin ikinci ən böyük məğlubiyyətini alıb. Həmin antirekord isə Avropa Liqasının “Makkabi” (Hayfa, İsrail) ilə ev oyununda qeydə alınmışdı - 0:8.

 

Bu isə o deməkdi ki, Yunis Hüseynovun yetirmələri həm Premyer Liqada, həm də səfərdə ən ağır məğlubiyyətini yaşayıb. Bunadək hər iki göstəricidə antirekord “Neftçi” ilə 4 il əvvəlki duelə təsadüf etmişdi – 0:5.



“Xəzər Lənkəran”ın böyük hesablı məğlubiyyətləri

2005/06 mövsümü, Azərbaycan kubok
07.05.2006. “Karvan” (Yevlax) - 0:3


2008/09 mövsümü, UEFA kuboku
31.07.2008. “Lex” (Polşa) - 1:4


2010/11 mövsümü, Premyer Liqa
17.10.2010. “Gəncə” (Gəncə) - 1:4


2011/12 mövsümü, Premyer Liqa
06.11.2011. “Neftçi” (Bakı) - 0:5


2011/12 mövsümü, Premyer Liqa
14.04.2012. “Bakı” (Bakı) - 1:4


2013/14 mövsümü, Avropa Liqası
25.07.2013. “Makkabi” (Hayfa, İsrail) – 0:8 


2013/14 mövsümü, Premyer Liqa
27.10.2013. “Qarabağ” (Ağdam) – 0:3


2013/14 mövsümü, Premyer Liqa
02.11.2013. “Neftçi” (Bakı) – 1:4 


2013/14 mövsümü, Premyer Liqa
22.11.2013. “Bakı”  – 0:3

 

2013/14 mövsümü, Azərbaycan kubok

16.04.2014. “Qəbələ” – 0:3

 

2013/14 mövsümü, Premyer Liqa
27.04.2014. “İnter”  – 0:3

 

2014/15 mövsümü, Azərbaycan kubok

13.03.2015. “İnter” – 0:3

 

2015/16 mövsümü, Premyer Liqa
04.10.2015. “Qəbələ”  – 0:6

 

0