[b]±60[/b]
05.10.2015 - 18:00
[b]±60[/b]

Azərbaycan millisinin oktyabr perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin İtaliya ilə ayın 10-da Bakıda, 3 gün sonra Bolqarıstanla Sofiyada baş tutacaq qarşılaşmalar yığmamızın FİFA reytinqinə ciddi təsir edə bilər.

 

Hazırda 328 xalla dünyanın 105-ci komandası adını Liviya ilə bölən Robert Prosineçkinin yetirmələri qarşıdakı oyunlardan asılı olaraq, mövqeyini təxminən 60 pillə aralığında dəyişəcək.

 

İlk növbədə onu vurğulamaq lazımdı ki, İtaliya üzərində qələbə 1359, heç-heçə 453 əmsal xalı gətirəcək. Bolqarıstanla matçda isə bu rəqəmlər 906 və 302 olacaq. Təbii ki, məğlubiyyət xal vermir.

 

Bu əmsal xalları son 4 ilin nəticələrinə əsasən hesablanan FİFA reytinqinə də ciddi təsir edəcək. İki qələbə millimizə əlavə 248 xal qazandıracaq ki, bununla da hesabımız 576-ya çatacaq. Komandamızın indi bu qədər xalı olsaydı, millimiz təxminən 58-ci yerə yüksələ biləcək. Bu, yığmamız üçün tarixinin ən yüksək nəticəsi ola bilər.

 

Rekordu 73-cü yer olan millimiz İtaliyanı üstələyib, Sofiyadan heç-heçə ilə dönsə də, həmin nəticəni yeniləyəcək. Ümumilikdə isə yığmamız İtaliyaya uduzmasa ilk “yüzlüy”ə daxil olmalıdı. Bakıda yenilib, səfərdə qalib gəlsə də, bunun mümkün olması gözləniləndi.

 

Təbii ki, yerlə bağlı ehtimallar müəyyən dərəcədə nisbidi. Bütün hallarda indiki cədvəl nəzərə alınıb. Bu üzdən də xallardan fərqli, millimizin mövqeyinin cədvəldə göstərilənlə müqayisədə cüzi dəyişməsi mümkündü.

 

İtaliya (e)

Bolqarıstan (s)

xal

Təxmini yer*

Qələbə

Qələbə

576

58

Qələbə

Heç-heçə

501

69

Qələbə

Məğlubiyyət

463

75

Heç-heçə

Qələbə

463

75

Heç-heçə

Heç-heçə

387

88

Heç-heçə

Məğlubiyyət

350

98

Məğlubiyyət

Qələbə

406

81

Məğlubiyyət

Heç-heçə

331

105

Məğlubiyyət

Məğlubiyyət

293

118

 

* - hazırkı cədvəldə bu xala malik komandanın mövqeyi.

0