[b]“Milliyə o futbolçuları dəvət edirəm ki...” – Antonio Konte[/b]
05.10.2015 - 16:54
[b]“Milliyə o futbolçuları dəvət edirəm ki...” – Antonio Konte[/b]

 

“Balotelli yığmada oynamaq üçün çox çalışmalıdı. Mən onu növbəti toplanışlarda milliyə dəvət edə bilərəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

 

“Skuadra Adzurra” Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan, 3 gün sonra isə Norveç millisi ilə qarşılaşacaq.

 

Bu gün mətbuat konfransı keçirən Konte “Milan”ın hücumçusu Mario Balotellini yığmaya çağırmamasına toxunub.

 

O qeyd edib ki, millidə klublarının heyətində özlərini yaxşı tərəfdən göstərən futbolçular yer almalıdılar: “Balotelli yığmaya tanış simadı, amma onu bu dəfə milliyə dəvət etmədim. Həmişə olduğu kimi, İtaliya çempionatını diqqətlə izləyirəm. Klublarının heyətlərində özlərini yaxşı tərəfdən göstərən futbolçuları milliyə dəvət etdik. Yığma üzvlərinin hazırkı durumu böyük önəm kəsb edir. Çempionatda kim yaxşı çıxış edirsə, milliyə o futbolçuları dəvət edirəm”. 

0