[b]Azərbaycan millisi dünya çempionatı üçün heyətini açıqladı[/b]
02.11.2015 - 12:12
[b]Azərbaycan millisi dünya çempionatı üçün heyətini açıqladı[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız noyabrın 19-28-də ABŞ-ın Hyuston şəhərində keçiriləcək dünya çempionatına 14 atletlə qatılacaq.

 

Qadınların yarışında ölkəmizin idman şərəfini Silviya Angelova (48 kq), Kristina Yovu (53 kq), Boyanka Kostova (58 kq və Anastasiya İbrahimli (69 kq) qoruyacaq. Kişilərin mübarizəsində isə podiuma Valentin Xristov (62 kq), Firidun Quliyev, Sərdar Həsənov (hər ikisi 69 kq), Elxan Əliquluzadə, Əfqan Bayramov (hər ikisi 77 kq), İvan Stoitsov (85 kq), Nailxan Nəbiyev, İntiqam Zairov, Rövşən Fətullayev (hər üçü 94 kq) və Dadaş Dadaşbəyli (105 kq) çıxacaqlar.

 

Qeyd edək ki, yarış Rio-2016-ya lisenziya xalı verir. 

0