7000-ci qol
26.11.2015 - 09:00
7000-ci qol

Fransanın PSJ klubunun futbolçusu Anxel de Mariya Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi yarışın tarixində 7000-ci qolun müəllifi olub.

 

O, bunu qrup mərhələsinin V turunda gerçəkləşdirib. Anxel İsveç “Malmö”sü ilə qarşılaşmada fərqlənərək, yubileyi rəsmiləşdirib.

 

Qeyd edək ki, V tur fransalı Patris Evra üçün də əlamətdar olub. İtaliya “Yuventus”unun müdafiəçisi “Mançester Siti” ilə görüşdə qitənin ən nüfuzlu turnirində 100-cü matçına çıxıb.

0