[b]Çempionlar Liqasında turun simvolik komandası açıqlandı[/b]
27.11.2015 - 11:23
[b]Çempionlar Liqasında turun simvolik komandası açıqlandı[/b]

Çempionlar Liqasının qrup mərhələsində həftənin “11-liy”i müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, noyabrın 24-25-də keçirilən V tur görüşlərinə əsasən ən yaxşı heyət açıqlanıb.

 

Yalnız bir komanda simvolik heyətdə iki futbolçu ilə təmsil olunub. Bu, “Makkabi”ni Təl-Əvivdə 4:0 hesabı ilə məğlub edən “Çelsi”di. Qalan 9 oyunçunun hər biri fərqli komandaların formasını geyinir.

 

Qapıçı: Matz Sels (“Gent”)

 

Müdafiəçilər: Qreqori van der Vil (PSJ), Hari Keyhill (“Çelsi”), Markos Roxo (“Mançester Yunayted”), Aleks Sandro (“Yuventus”)

 

Yarımmüdafiəçilər: Andrey Yarmolenko (“Dinamo”, Kiyev), Villian (“Çelsi”), Kinqsli Koman (“Bavariya”)

 

Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Lionel Messi (“Barselona”), Aleksis Sançes (“Arsenal”)

0