[b]“Qarabağ”ın müqaviməti qolumuzu gecikdirdi” - Rayan Meyson[/b]
27.11.2015 - 14:24
[b]“Qarabağ”ın müqaviməti qolumuzu gecikdirdi” - Rayan Meyson[/b]

“Çox ağır oyun keçdi. Ancaq diktə etdiyimiz matçda istədiyimiz nəticəni əldə edə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in yarımmüdafiəçisi Rayan Meyson deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ” üzərində 1:0 hesablı qələbəyə sevinən “Tottenhem” artıq 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

 

İngiltərə yığmasının futbolçusu bu seriyanı “Çelsi” ilə görüşdə davbam etdirəcəklərinə inandığını söyləyib: “Çətin və maraqlı mübarizə oldu. Hər iki tərəfə qələbə lazım idi. Biz bunu bacardıq və növbəti mərhələyə vəsiqə qazandıq. Amma etiraf edim ki, bu, bizə çətin başa gəldi. Çünki “Qarabağ” çox güclü oynadı. Onların müqavimət göstərmələri qələbə qolunu gec vurmağımıza səbəb oldu. Düşünürəm ki, bu ab-havanı qoruyub, həftəsonu “Çelsi” ilə görüşdən də qalib ayrıla bilərik”.

 

Qeyd edək ki, “Tottenhem” – “Çelsi” oyunu noyabrın 29-da keçiriləcək.

0