“Qəbələ” ilə oyun yolumuzu bağladı” – PAOK-un futbolçusu
27.11.2015 - 17:01
“Qəbələ” ilə oyun yolumuzu bağladı” – PAOK-un futbolçusu

“Avrokubokda iştirak etmək çox vacibdi. Lakin “Qəbələ” ilə oyun bizim bundan sonrakı mərhələyə yolumuzu bağladı”. Apasport.az saytının məlumatına görə, bunu PAOK-un müdafiəçisi Georgios Tzavellas deyib.

 

Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qəbələ”ni qəbul edən Yunanıstan təmsilçisi qolsuz bərabərlik edərək, növbəti mərhələ şansını əldən verib.

 

Dünən 28-ci yaş gününü qeyd edən Yunanıstan yığmasının üzvü bu uğursuz nəticələri qanunauyğunluq sayır. Tzavellasın fikrincə, daxili birincilikdə vəziyyəti düzəltməyə borcludular: “Biz onsuz da, şansımızı çoxdan itirmişdik. “Qəbələ” ilə qarşılaşma isə bunu rəsmiləşdirdi. Avrokubokda yaxşı nəticələr əldə etməsək də, fikrimcə, oyun baxımından zəif deyildik. Artıq diqqətimizi çempionata yönəltməliyik. Bu vəziyyətdən çıxıb, liderlər qrupunda yer almaq lazımdı”.

 

Qeyd edək ki, Avropa Liqasında 5 turdan sonra PAOK 4 xalla turnir cədvəlinin 3-cü, “Qəbələ” isə 2 xalla sonuncu pilləsində qərarlaşır. Aktivinə 10 xal yazdıran “Krasnodar”la Dortmund “Borussiya”sı 1/16 final mərhələsinə vəsiqəni artıq təmin edib.

0