[b]Nicat Rəhimov: Daxilimdə baş verənləri ifadə etmək çətindi[/b]
30.11.2015 - 12:44
[b]Nicat Rəhimov: Daxilimdə baş verənləri ifadə etmək çətindi[/b]

“Sözlə ifadə edə bilməyəcəyim hissləri yaşayıram. Çox sevinirəm ki, çoxdan arzuladığım dünya çempionu tituluna yiyələndim”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan mətbuatına müsahibəsində deyib.

 

ABŞ-ın Hyuston şəhərində başa çatan dünya çempionatında 77 kq çəki dərəcəsində bu ölkəyə qızıl medal qazandıran həmyerlimiz ilkin təəssüratlarını bölüşüb. Rəhimov öncə onun uğurlarında pay sahibi olanlara minnətdarlıq edib, ardınca çempionluq hisslərini çatdıra bilmədiyini açıqlayıb: “Məşqçilər Korpusuna, federasiya rəhbərliyi və onun prezidenti Janat Tusupbekov, baş katib Omar Mastafin və klubumun direktoru Kairgeldi Janpeisova təşəkkür edirəm. Həmçinin, bu qələbəmdə mənə kömək edən hər kəsə “çox sağ ol” deyirəm. Daxilimdə baş verənləri ifadə etmək çətindi. Bəlkə də bu ikinci dəfə baş versə, mən hisslərimi daha yaxşı çatdıra bilərəm. Amma ilk dəfə çətinlik çəkirəm”.

 

Rəhimov çempionluğa gedən yola da nəzər salıb. O etiraf edib ki, sona 2 yanaşma qaldığı vaxt belə bu barədə düşünmürmüş: “Yalnız onu xatırlayıram ki, təkanla qaldırmanın ikinci cəhdindən əvvəl məşqçim mənə dedi ki, “əgər qaldırsan, çempion sənsən”.

 

Azərbaycan millisinin heyətində Sinqapur Yay Olimpiya Oyunlarını qazanan idmançı hansı rəqibindən ehtiyat etdiyini də açıqlayıb: “Mənim rəqibim ştanqdı. Başqa heçə nə haqda düşünmürəm. Əgər qaldıra bildimsə, qalib gəldim. Qaldıram bilmədimsə, deməli yox. Hər şey çox sadədi”.

 

 

0