[b]UEFA Millətlər Liqası: Azərbaycan 1-ci səbətdə[/b]
30.11.2015 - 14:51
[b]UEFA Millətlər Liqası: Azərbaycan 1-ci səbətdə[/b]

UEFA-nın 2018-ci ildən keçirməyə başlayacağı Millətlər Liqasında dəstələrin və səbətlərin ilkin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu bölgü son 3 yarışın nəticələrinə əsasən aparılır.

 

DÇ-2014 ilə AVRO-2016-nın seçmə və final, DÇ-2018-in yalnız seçmə oyunlarına əsasən tərtib olunacaq siyahıda artıq liderlər və autsayderlər müəyyənləşib. AVRO-2016-nın final, DÇ-2018-in seçmə mərhələsi ərəfəsində qitənin 54 komandasının əmsallar üzrə cədvəli bəllidi.

 

Burada ilk 12 komanda A, ikinci “12-lik” B liqasında, 25-38-ci yerlər C, ən zəif 16 yığma D liqasına düşəcək. Hazırda 13941 xalla Avropanın 42-cisi olan Azərbaycan millisi ən aşağı dəstədə mübarizə aparmağa namizəddi.

 

Amma nisbətən yüksək mövqedə qərarlaşdığı üçün sonuncu 16 komanda səbətlərə bölünəndə yığmamız seçilmişlərdən olacaq. Belə ki, yarışın D liqasında çıxış edən komandalar 4 qrupa bölünməzdən öncə səbətlərə paylanılacaq. Hazıırkı durumda yığmamız Belarus, Estoniya və Gürcüstanla eyni səbətdədi.

 

D liqası

1-ci səbət

Belarus, Estoniya, Gürcüstan, Azərbaycan

2-ci səbət

Ermənistan, Latviya, Moldova, Makedoniya

3-cü səbət

Qazaxıstan, Lüksemburq, Farer adaları, Lixtenşteyn

4-cü səbət

Malta, San-Marino, Andorra, Cəbəllütariq

 

Qeyd edək ki, səbətlərin və liqaların yekun siyahısı DÇ-2018-in seçmə mərhələsindən sonra açqılanacaq.

 

0