[b]“Qəbələ” ilə oyunun əhəmiyyəti böyükdü” - Andreas Qrankvist[/b]
30.11.2015 - 15:48
[b]“Qəbələ” ilə oyunun əhəmiyyəti böyükdü” - Andreas Qrankvist[/b]

 

“Borussiya” üzərindəki qələbə bizim üçün çox vacib idi. Bununla da, Avroliqada növbəti mərhələyə vəsiqəni təmin etdik”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Krasnodar”ın futbolçusu Andreas Qrankvist deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar” növbəti mərhələyə vəsiqəni təmin edib.

 

Qrankvist komandasının həm “Borussiya” üzərindəki qələbəsi, həm də son turda “Qəbələ” ilə keçirəcəyi qarşılaşma haqda fikirlərini bölüşüb: “Borussiya”nın futbolçuları həddindən artıq sürətli idilər. Buna görə də, onlara qarşı əvvəlcə müdafiədən oynadıq. Bu qələbə komandadakı özünəinamı artırdı. Amma arxayınlaşmaq olmaz. Bu ilin sonuna qədər daha 3 oyunumuz qalıb. Rusiya çempionatında “Rostov” və “Kuban”, Avroliqada isə “Qəbələ” ilə qarşılaşmalıyıq. İlk 2 qarşılaşma derbidi, onlar çox vacibdi. Amma Azərbaycandakı oyunun da əhəmiyyəti böyükdü. “Qəbələ” üzərindəki qələbə qrup birincisi olmağımızı rəsmiləşdirəcək”.

 

İsveçli müdafiəçi Avrokubokda növbəti mərhələdə nisbətən zəif rəqiblə qarşılaşmaq istədiklərini qeyd edib: “Növbəti mərhələdə zəif rəqiblə üz-üzə gəlmək yaxşı olardı. Çünki Avroliqada daha çox irəliləmək barədə düşünürük”. 

 

Qeyd edək ki, “Krasnodar”ın “Qəbələ” ilə görüşü dekabrın 10-da Bakıda keçiriləcək. Bu komandaların Rusiyada keçirilmiş matçında ev sahibləri 2:1 hesablı qələbə qazanmışdılar.

 

0