PAOK 3 xalı 3 qolla qazandı
01.12.2015 - 08:33
PAOK 3 xalı 3 qolla qazandı

Yunanıstan çempionatında XII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyunu Avropa Liqasında “Qəbələ” ilə eyni qrupunda yer alan PAOK-un iştirakı ilə keçirilib.

Saloniki təmsilçisi səfərdə “Kalloni” ilə görüşüb. PAOK bu matçda 3:1 hesabı ilə qalib gəlib. Stefanos Atanasiadisin iki qol vurduğu qarşılaşmada digər topu İonnis Mistakidis rəqib qapısından keçirib.

 

Bu qələbədən sonra xal hesabını 19-a çatdıran PAOK 5-ci pillədə qərarlaşıb. Salonikililər XIII turda “Panionios”la qarşılaşacaq. Bu matç dekabrın 6-da baş tutacaq.

0