“Qəbələ”nin yolunu kəsdiyi komandanın xalları silindi - FOTO
01.12.2015 - 10:50
“Qəbələ”nin yolunu kəsdiyi komandanın xalları silindi - FOTO

“Qəbələ”nin bu mövsüm Avropa Liqasının pley-off mərhələsində məğlub etdiyi “Panatinaikos”a şok cəza verilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu cəza Yunanıstan Super Liqası ilə bağlıdı.

 

Noyabrın 21-də XI tur çərçivəsində keçirilməli olan, lakin təhlükəsizlik tədbirləri istənilən səviyyədə olmadığı üçün təxirə salınan “Panatinaikos” - “Olimpiakos” derbisi ilə bağlı qərar verilib. Nizam-İntizam Komitəsi həmin hadisələrə görə, “Panatinaikos”a texniki məğlubiyyət verib və komandanın 3 xalı silinib. Bununla yanaşı, 190 min avro cərimə olunan Afina təmsilçisi qarşıdakı 4 ev görüşünü də boş tribunalar önündə keçirəcək.

 

“Qəbələ”nin Avrokubokda yolunu kəsdiyi komanda xalları silindikdən sonra 5-ci pilləyə enib və lider “Olimpiakos”dan 17 xal geri düşüb.

 

Qeyd edək ki, “Apostolos Nikolaidis” stadionunda keçirilməli olan görüş öncəsi isinmə hərəkətləri zamanı tribunalardan atılan məşəl “Olimpiakos”un futbolçusu Alfred Finnboqasonu yüngül yaralamışdı. Baş hakim Andreas Pappas təhlükəsizlik tədbirlərinin istənilən səviyyədə olmadığı qənaətinə gələrək, oyunun keçirilməməsini qərara almışdı. Bundan sonra stadionun içində və kənarında yerli azarkeşlərlə polis işçiləri arasında qarşıdurma yaranmış, 16 nəfər həbs olunmuşdu.

0