[b]“Qəbələ”yə qol vuran futbolçu: Yorğunluq özünü göstərir[/b] - FOTO
01.12.2015 - 11:25
[b]“Qəbələ”yə qol vuran futbolçu: Yorğunluq özünü göstərir[/b] - FOTO

 

“Rostov”la oyun bizim üçün ağır keçdi. Çünki bir neçə gün öncə “Borussiya” ilə ağır görüşdən çıxmışdıq”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Krasnodar”ın braziliyalı futbolçusu Vanderson deyib.

 

Avropa Liqasında “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar” Rusiya çempionatının XVII turu çərçivəsində dünən “Rostov”a qalib gəlib (2:1).

 

Matçdan sonra fikirlərini bölüşən 29 yaşlı yarımmüdafiəçi yorğunluqdan gileylənib. O, paralel olaraq, Avroliqada çıxış etməklərinin onların işini çətinləşdirdiyini bildirib: “Avroliqa oyunundan sonra çempionat görüşünə çıxmaq heç də asan deyil. İstər-istəməz yorğunluq özünü göstərir. Buna görə də, hər iki hissəni fərqli keçirdik. Əsas odu ki, meydandan 3 xalla ayrıldıq. Bu ilin son görüşlərində də qələbə qazanmaq istəyirik”.

 

Qeyd edək ki, 2012-ci ildən “Krasnodar”ın formasını geyinən Vanderson Rusiyada “Qəbələ”yə qalib gəldikləri oyunda (2:1) komandasının ilk qoluna imza atmışdı. “Qəbələ” ilə “Krasnodar” arasındakı Bakıdakı qarşılaşma isə dekabrın 10-da keçiriləcək. 

0