[b]Didye Droqba: Fatih Terimə dedim ki, məni əvəzləyə bilməzsən[/b]
01.12.2015 - 17:38
[b]Didye Droqba: Fatih Terimə dedim ki, məni əvəzləyə bilməzsən[/b]

Fil Dişi Sahili yığmasının futbolçusu Didye Droqbanın həyatından bəhs edən kitab işıq üzü görüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, veteran hücumçu kitabında “Qalatasaray”da oynadığı dönəmlərə də yer verib.

 

O, “Commitment” adlı kitabda “Qalatasaray”da olduğu zaman “Real” üzərində (3:2) qələbə qazandıqları görüşlə bağlı maraqlı bir xatirəsini yazıb: “İlk oyunda 0:3 hesabı ilə məğlub olmuşduq. Cavab görüşü İstanbulda idi. Yarımfinala çıxacağımıza hələ də inanırdıq. Fasiləyə 0:1 hesabı ilə geridə yollandıq. Baş məşqçimiz Fatih Terim məni əvəzləmək istədi. Qərarını köməkçisi vasitəsilə mənə çatdırdı. Bütün gücümü bu matça saxladığım üçün qərara etiraz etdim, “bunu edə bilməzsən” dedim. Ona bildirdim ki, əgər məni əvəzləyirsənsə, deməli, qələbə qazanacağımıza ümidin tükənib. Nəticədə meydançada qaldım. İkinci hissədə bir anda 3:1 hesabı ilə önə keçdik. Ümumi hesabı bərabərləşdirmək üçün 1 qola ehtiyacımız var idi. Əlbəttə ki, belədə səfər qolu “Real”ın xeyrinə işləyəcəkdi. Daha bir qol vurdum, hakim ofsayd qeydə aldı. Son dəqiqələrdə isə Ronaldonun qolu ümidimizin üstündən xətt çəkdi. Düzdü, mübarizəni dayandırdıq, ancaq “Qalatasaray”ın ən yaxşı oyunlarından birini keçirdik. Oyundan sonra Joze Mourinyo gəlib dedi ki, çox qorxmuşdum”.

 

Qeyd edək ki, “Qalatasaray” “Real”la 2012/13 mövsümünün 1/4 final mərhələsində qarşılaşmış və mübarizəni (0:3, 3:2) dayandırmışdı.

0