[b]“Neftçi” - “Rəvan”: Meydan sahibləri xal itirəcəklər?[/b]
04.02.2016 - 17:38
[b]“Neftçi” - “Rəvan”: Meydan sahibləri xal itirəcəklər?[/b]

Topaz Premyer Liqasının XX turu Elvin Əsgərovun cari mövsümdə yubiley 10-cu matçını idarə etməsi ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Rəvan” matçının baş hakimi arxada qalan 19 turda 9 qarşılaşmada fit çalıb.

 

Əsgərov 6 turluq fasilədən sonra baş hakim funksiyasını yerinə yetirəcək. O, sonuncu dəfə XIII turun “Sumqayıt” – “Qəbələ” görüşündə ədaləti qorumuşdu.

 

Əsgərovun baş hakimi olduğu qarşılaşmalar meydan sahibləri üçün uğurlu olmur.

 

Əvvəlki 9 matçda yalnız 1 dəfə uduzan qonaqlar 4 qələbə qazanıb, 4 heç-heçə edib. Son 3 görüşdə isə bərabərlik qeydə alınıb. “Neftçi” bu uğursuz statistikanı “İnter”lə ev matçında da yaşayıb. “Ağ-qaralar” X turda qonaqların müqavimətini qıra bilməyib – 1:1. Elə “Rəvan”da Əsgərovun idarəçiliyi ilə öz meydanında oynayıb. VI turun “Qəbələ” ilə matçında qonaqlar 3 cavabsız qol vurub.

 

Mövsüm ərzində 4 dəfə 11 metrlik cərimə zərbəsi təyin edən Əsgərov 1 dəfə qonaqları, 3 dəfə meydan sahiblərini cəzalandırıb. Lakin sonuncular bu cəzalardan birindən qol buraxmadan qaça bilib.

 

Ümumiyyətlə, sərtliyini daha çox meydan sahiblərinə göstərən referi onlara 2 qırmızı və 29 sarı vərəqə verib. Qonaqlar isə 18 xəbərdarlıqla canını qurtara bilib. “Rəvan”ın iştirakı ilə yeganə oyununda yalnız 1 dəfə əlini cibinə atıb, qonaqlara sarı vərəqə göstərən Əsgərov “Neftçi” – “İnter” matçında daha sərt olub. O, qonaqlara 3 xəbərdarlıq edibsə, “ağ-qaralar”ı 4 sarı ilə cəzalandırıb. Hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirən Ruslan Qurbanov “İnter”i məyus edib.

 

0