“Real” 20 milyona satdığı futbolçunu 32 milyona istəyir
05.02.2016 - 13:44
“Real” 20 milyona satdığı futbolçunu 32 milyona istəyir

“Real” sabiq futbolçusu Alvaro Moratanı geri qaytarmaq fikrinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” yetirməsini satdığı qiymətdən də baha almağa hazırdı.

 

Madridlilər 2014-cü ildə 20 milyon avroya satdıqları 24 yaşlı forvardı qaytarmaq üçün turinlilərə 32 milyon avro təklif ediblər. Lakin transfer bu qiymətə çətin ki, baş tutsun. Çünki “qoca sinyora” oyunçusu üçün 40 milyon avro qiymət “oxuyub”. Elə Morata özü də İspaniyaya qayıtmaq fikrində deyil.

 

Qeyd edək ki, peşəkar futbolçu karyerasına 2010-cu ildə “Real”da başlayan Morata “kral klubu”nda 4 il ərzində 52 oyun keçirib, 11 qola imza atıb.

0