[b]“Çexiya aqressiv müdafiə olunur” - Auqusto[/b]
05.02.2016 - 17:45
[b]“Çexiya aqressiv müdafiə olunur” - Auqusto[/b]

“İtaliyaya qarşı oyunumuzun çətin olacağını bilirdik. Lakin Çexiya ilə görüşdə tam fərqli üslubda oynayan komanda ilə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan yığmasının hücumçusu Auqusto deyib.

 

Serbiyada təşkil edilən Avropa çempionatının final mərhələsində ilk oyununu İtaliyaya qarşı keçirən millimiz 0:3 hesablı məğlubiyyətə üzülüb. Komandamız qrupda son oyununu bu gün Çexiyaya qarşı keçirəcək.

 

Auqusto UEFA-nın rəsmi saytına açıqlamasında qələbə qazanaraq mərhələ adlayacaqlarına inandığını bildirib: “İtalyanlardan fərqli, Çexiya millisi dərin və aqressiv müdafiə olunur. Bu da işimizin çətin olacağından xəbər verir. Ancaq Azərbaycan millisinin öz nüfuzu var. Hədəfimiz qrup səddini aşmaqdı. Bunun üçün isə Çexiyanı məğlub etməliyik. Əminəm ki, 1/4 finala vəsiqə qazana biləcəyik”.

 

Qeyd edək ki, bu gün “Belqrad Arena”da keçiriləcək Azərbaycan – Çexiya oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0