[b]Yığmamızdan ikinci qələbə[/b]
09.02.2016 - 16:14
[b]Yığmamızdan ikinci qələbə[/b]

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Maltada təşkil olunan yarışda 3-cü qarşılaşmasına çıxan yığmamız Lixtenşteyni sınağa çəkib.

 

Yığmamız bu qarşılaşmada əzmkar qələbə qazanıb – 2:1. İlk yarıda qol buraxan millimiz fasilədən sonra 2 dəfə fərqlənib.

 

İlk turda Avstriyaya 0:3 hesabı ilə uduzub, növbəti oyununda Maltanı minimal hesabla məğlub edən yığmamız xal hesabını 6-ya çatdırıb.

0