Daha bir ulduz futbolçu Çin klubunda!
11.02.2016 - 17:08
Daha bir ulduz futbolçu Çin klubunda!

Çin klubları Avropa “transfer bazarı”ndakı fəallığını davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, daha bir ulduz futbolçu karyerasını bu ölkədə davam etdirəcək.

 

Söhbət “Trabzonspor”un hücumçusu Oskar Kardozodan gedir. Paraqvay millisinin üzvü “Şandun Lunen” klubu ilə anlaşıb. Onun keçidi Türkiyə təmsilçisinə 5,5 milyon avro qazandırıb. Yaxın saatlarda bu transferin rəsmən açıqlanması gözlənilir.

 

Kardozo bununla fevralda Türkiyədən Çinə yollanan 3-cü futbolçu olub. Bir neçə gün əvvəl “Qalatasaray”ın hücumçusu Burak Yılmaz və “Beşiktaş”ın müdafiəçisi Ərsan Gülüm də bu ölkənin yolunu tutmuşdular.

 

Qeyd edək ki, Kardozo bu mövsüm Superliqada 14 oyun keçirib və aktivində 7 qol, 2 məhsuldar ötürmə var.

0