[b]“Arxayınlaşmayıb, İtaliyada da qələbə üçün oynayacağıq”[/b]
12.02.2016 - 09:31
[b]“Arxayınlaşmayıb, İtaliyada da qələbə üçün oynayacağıq”[/b]

“Bu oyunda qalib gəldiyimiz üçün şadam. Rəqibimiz güclü olsa da, biz öz oyunumuzu göstərdik”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Yekaterina Jidkova deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu CEV kubokunun “Çelenc raund” mərhələsinin “Novara” ilə keçirilən ilk oyundan sonra fikirlərini açıqlayıb.

 

O bildirib ki, 3:1 hesablı qələbə səfər oyunu öncəsi onların mərhələ adlamaq şansını artırır. Jidkova fevralın 23-də İtaliyada keçiriləcək cavab qarşılaşmasında cütün taleyinin “Qızıl set”də müəyyənləşməsini arzulamır: “Yalnız 3-cü setdə uduzduq. Halbuki bu görüşdə rəqibə set vermədən də qalib gələ bilərdik. Amma əsas qələbədi ki, bunu da bacardıq. Səfər oyunu daha çətin olacaq. Yarımfinala adlamaq üçün İtaliyada bizə 2 seti aktivimizə yazmaq da kifayət edəcək. Amma biz buna arxayınlaşmayıb, qələbə üçün oynayacağıq və daha artığını etməyə çalışacağıq”.

 

 

0