[b]Əsgər Abdullayev istefa verdi[/b]
05.03.2016 - 17:15
[b]Əsgər Abdullayev istefa verdi[/b]

“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev istefa verib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı bunu Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qəbələ” ilə matçdan sonra açıqlayıb.

 

Ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşən Abdullayev mətbuat konfransına qatılaraq, postundan getdiyini deyib. Başqa heç nə barədə danışmaq istəməyən mütəxəssis “Neftçi”nin uğursuzluğuna səbəb məhz məşqçi səhvləridi” sualını cavabsız qoyub: “Bu barədə danışmaq istəmirəm”.

 

O, köməkçisi Samir Əliyevin yanında olmamasına da aydınlıq gətirib: "Samir burdaydı, yuxarıda oturmuşdu"

 

Qeyd edək ki, “Qəbələ” ilə görüşdə hesabı “Neftçi” açsa da, yekunda 1:2 hesabı ilə uduzub.