[b]“Neftçi” – “Qəbələ” matçında istefa şüarları[/b]
27.04.2016 - 20:39
[b]“Neftçi” – “Qəbələ” matçında istefa şüarları[/b]

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk qarşılaşması çərçivəsində baş tutan “Neftçi” – Qəbələ” matçında meydan sahiblərinin bir qrup azarkeşi baş məşqçi və Müşahidə Şurasını istefaya səsləyib. Apasport.az saytının matça ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşmada “ağ-qaralar”ın ən aktiv azarkeş qruplarından biri olan “Forza Neftçi” fan-klubu təxminən oyunun 70-ci dəqiqəsindən etibarən “Şura istefa!”, “Maş məşqçi istefa!” deyə şüarlar səsləndiriblər.

 

Qeyd edək ki, fanatların istefa çağırışları “Neftçi” cavab qolunu vurduqdan sonra səngiyib.

0