Dünya çempionatının ilk iştirakçısı müəyyənləşdi
28.04.2016 - 18:45
Dünya çempionatının ilk iştirakçısı müəyyənləşdi

Klublararası dünya çempionatının ilk iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Meksikanın “Amerika” klubu dekabrın 8-18-də keçiriləcək turnirə ilk vəsiqənin sahibi olub.

 

“Atsteklər” Yaponiyada mübarizə aparmaq hüququnu KONKAKAF zonasının Çempionlar Liqasının qalibi olmaqla qazanıb. 7-ci dəfə titula yiyələnən “Amerika” finalın hər iki matçında digər Meksika klubu “Tiqres”i üstələyib – 2:0, 2:1.

 

Qeyd edək ki, dünya çempionatında 6 konfederasiyanın qalibləri ilə yanaşı, Yaponiya çempionu da çıxış edəcək.

0