[b]Roman Qriqorçuk rus klubunun maraq dairəsində[/b]
28.04.2016 - 19:49
[b]Roman Qriqorçuk rus klubunun maraq dairəsində[/b]

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Kuban”ın maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiyanın “Sport Ekspress” nəşri xəbər yayıb.

 

Bir neçə gün əvvəl Viktor Qonçarenko ilə danışıq aparan krasnodarlılar ondan əlavə rumınyalı Dan Petresku və Roman Qriqorçukla da maraqlanır. Hər iki mütəxəsisslə artıq əlaqə yaradılıb və iş təklif edilib. “Qəbələ” ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulan ukraynalının təklifə nə cavab verməsi qeyd edilməyib.

 

Hazırda Çinin “Siyansu Sunin” klubuna rəhbərlik edən Petresku daha əvvəl 2010-2012-ci illərdə “Kuban”a rəhbərlik edib. O isə bir neçə dəfə öz açıqlamalarında yenidən Rusiyada işləməyin əleyhinə olmadığını deyib.

 

Rus həmkarlarımız iddia edirlər ki, Krasnodar klubu hər üç məşqçi ilə əlaqə yaratsa da, onlar üçün ən önəmli namizəd hazırda Moskva MOİK-ində Leonid Slutskinin köməkçisi kimi çalışan belarus Qonçarenkodur.

0