“Barselona” yeni hücumçusunu Fransada tapıb
28.04.2016 - 20:23
“Barselona” yeni hücumçusunu Fransada tapıb

“Barselona” “Lion”un hücumçusu Aleksandr Lakazeti heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Fransanın nüfuzlu “L`Equipe” nəşri yayıb.

 

Bildirilib ki, Kataloniya klubunun rəsmiləri artıq futbolçunun ətrafındakılarla əlaqə yaradıblar.

 

Daha əvvəl Lakazetlə “Tottenhem”, “Atletiko” və “Vest Hem”in maraqlandığı haqqında xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, bu mövsüm Liqa1-də 31 oyun keçirən hücumçu 18 qola imza atıb.

0