[b]Dasayevin rekordu qırıldı[/b]
29.04.2016 - 00:05
[b]Dasayevin rekordu qırıldı[/b]

Moskva MOİK-inin qapıçısı İqor Akinfeyev üçün Rusiya Premyer Liqasının 26-cı turunda oynanılan “Ural”la oyun rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Rusiya millisinin də qapısını qoruyan qapıçı üçün bu qarşılaşma Premyer Liqada 336-cı matç olub.

 

Bu göstərici ilə o, əfsanəvi rus qapıçı Renat Dasayevin rekordunu qırıb. Belə ki, “Spartak”ın keçmiş qapıçısı SSRİ birinciliyində ümumilikdə 335 oyunda meydana çıxmışdı.

 

Qeyd edək ki, 30 yaşlı Akinfeyev Premyer Liqada ilk oyununu 2003-cü ildə keçirib.

0