Qvardiolaya həmyerliləri mane olur
04.05.2016 - 01:25
Qvardiolaya həmyerliləri mane olur

Çempionlar Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə, “Atletiko”ya məğlub olan və finala çıxa bilməyən “Bavariya” maraqlı göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, münhenlilər ispan baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi ilə ardıcıl 3-cü dəfə Avropanın ən nüfuzlu klub turnirində mübarizəni məhz bu mərhələdə dayandırır.

 

Buna qədər “Bavariya” və Pep 2013/14 mövsümündə Madrid “Real”ına, 2014/15 mövsümündə isə “Barselona”ya uduzaraq mübarizədən çəkilmişdi.

 

Qeyd edək ki, Qvardiola Münhen klubuna gələnə qədər almanlar Yupp Haynkesin rəhbərliyi altında Çempionlar Liqasını qazanmışdılar.

0